“Avromed” koronavirusa qarşı mübarizəyə yarım milyon manat vəsait ayırdı

avromed-koronavirusa-qarsi-mubarizy-yarim-milyon-manat-vsait-ayirdi-22032012

“Avromed” koronavirusa qarşı mübarizəyə yarım milyon manat vəsait ayırdı

Bakı 22 Mart, 2020: Ölkə başçısı cənab İlham Əliyevin dünyada sürətlə yayılan yeni növ koronavirus infeksiyasına Azərbaycanda yoluxma hallarının qarşısını almaq məqsədilə səsləndirdiyi çağırışa “Avromed Company“ Qapalı Tipli Səhmdar Cəmiyyəti də qoşulub.

Azərbaycan cəmiyyəti qarşısında üzərinə götürdüyü korporativ sosial öhdəliyini dərk edərək sosial həmrəylik nümayiş etdirən “Avromed Company“ QSC Koronovirusla Mübarizəyə Dəstək Fonduna 500.000 manat vəsait köçürüb.

Qeyd edək ki, yeni növ koronavirusun ölkə ərazisində yayılmasının qarşısının alınması üçün “Avromed Company” istirahət və bayram günlərində də çalışmaqla əhalinin sağlamlığının keşiyində dayanır.