DİQQƏT: DTA tabeliyindəki turizm müəssisələrinə girişə məhdudiyyət tətbiq edilib

diqqt-dta-tabeliyindki-turizm-mussislrin-giris-mhdudiyyt-ttbiq-edilib-14032012

DİQQƏT: DTA tabeliyindəki turizm müəssisələrinə girişə məhdudiyyət tətbiq edilib

Dövlət Turizm Agentliyi Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahının 14 mart 2020-ci il saat 00:00-dan etibarən ölkə ərazisində bəzi sosial izolyasiya tədbirlərinin təqbiqi qərarını rəhbər tutaraq tabeliyində olan turizm nümayiş obyektləri, məbəd və muzeylərə girişə məhdudiyyət qoyur.

Aşağıda adları qeyd olunan mədəni turizm müəssisələri ölkə ərazisində tətbiq olunan profilaktik sosial izolyasiya tədbirləri müddətində və Operativ Qərargahın xüsusi qaydalarla əlaqədar qəbul edəcəyi növbəti qəraradak ziyarətçilər üçün qapalı olacaq.

“Atəşgah məbədi” Dövlət Tarix-Memarlıq Qoruğu;
“Yanar dağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğu;
“Yuxarı Baş” Dövlət Tarix-Memarlıq Qoruğu: Şəki Xan Sarayı, Şəkixanovların ev muzeyi, Şəki Diyarşünaslıq Muzeyi, Şəki Xalq Tətbiqi Sənət Muzeyi və Şəki Rəsm Qalereyası;
“Kiş” Tarix-Memarlıq Qoruğu: Alban Məbədi.

Hibya Xəbər Agentliyi